Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Fövqəladə Hallar Nazirliyinə Kürdəmir rayonunun Sığırlı kənd sakini Sərdarov Sərvan Sərdar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
FHN-nin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.