EN

Tramp cütlüyü Vindzorda krala və kraliçaya xüsusi hədiyyələr təqdim edib

Prezident ailəsi simvolik və zodiak daşları ilə bəzədilmiş hədiyyələri seçib...

Poliqon Politico nəşrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Vindsor ziyarətləri zamanı krala və kraliçaya xüsusi hədiyyələr təqdim ediblər. Kral üçün seçilən hədiyyə Prezident Ayzenhauerin qılıncının nüsxəsi olub və bu, “dərin hörmətin simvolu” kimi təqdim edilib.

Kraliça Kamilla üçün isə Tiffany şirkəti tərəfindən hazırlanmış broş hazırlanıb. Broşda kraliçanın zodiak işarəsinə uyğun rubin daşları, ABŞ-ın birinci xanımının zodiakına uyğun isə brilyantlar istifadə olunub.

Politico qeyd edir ki, bu hədiyyələr zərgərlik həvəskarlarının marağına səbəb ola bilər. Xatırladaq ki, əvvəlki dövlət səfəri zamanı mərhum kraliça II Yelizavetanın seçdiyi broşlarla narazılıq mesajları ötürdüyü iddia edilmişdi.

Poliqon.info

Chosen
3
poliqon.info

1Sources