EN

700-dən artıq vitrektomiya əməliyyatı ilə görmə qabiliyyəti bərpa edilib

Bakı. Trend:

Müasir oftalmologiyada gözün torlu qişası və şüşəyəbənzər cismiilə bağlı xəstəliklərin müalicəsində ən effektiv müalicəüsullarından biri sayılan vitrektomiya əməliyyatı icbari tibbisığorta ilə qarşılanır.

Trendxəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyi məlumat yayıb.

Bildirilib ki, vitrektomiya şüşəyəbənzər cismin qismən və ya tamçıxarılmasını nəzərdə tutan cərrahi əməliyyatdır.

Bu cərrahi müdaxilə ilə pasiyentlərin görmə qabiliyyətləri bərpaoluna və ya onun pisləşməsinin qarşısı alına bilir. Cari ilin ilkaltı ayı ərzində icbari tibbi sığorta hesabına 700-dən çoxvitrektomiya əməliyyatı icra olunub.

Görmənin kəskin pisləşməsi, görmə sahəsinin daralması, gözönündə pərdə, qara nöqtə, kölgə və ya qığılcımların görünməsi,gözlərin travmatizasiyası hallarında dərhal həkim-oftalmoloqamüraciət etmək tövsiyə olunur. Oftalmoloji müayinələr gözün arxaseqmentində – tor qişada və şüşəyəbənzər cismin daxilində olanpatologiyaları müəyyən etməyə imkan verir. İcbari tibbi sığorta iləqarşılanan bu müayinələrə oftalmoskopiya, optik koherenttomoqrafiya (OCT - infraqırmızı işıq şüası ilə göz toxumasının skanedilməsi, başqa sözlə qeyri-invaziv görüntüləməsi), göz almasınınultrasəs müayinəsi, gözün angiografiyası və görmə itiliyi testləridaxildir. Bu diaqnostik metodlar nəticəsində tor qişa qopmaları,hemoftalm (intravitreal qanaxmalar), şəkərli diabet fonunda yarananretinopatiyalar, makulyar yırtıq, epiretinal fibroz, göz travmalarıvə digər patologiyalar aşkarlanarsa vitrektomiya əməliyyatı tövsiyəolunur.

Əməliyyat mikroinvaziv üsullarla, adətən lokal anesteziyaaltında icra olunur. Əməliyyatın müddəti əsas xəstəlikdən, yanaşıoftalmoloji patologiyanın mövcudluğundan asılıdır və orta hesabla 1saatdan 3 saata qədərdir. Əməliyyat zamanı şüşəyəbənzər cisimçıxarılır, yaranmış boşluğa xüsusi balanslaşdırılmış duzməhlulları, süni polimerlər: silikon yağı və ya qaz daxil edilir.Bu maddələr göz boşluğunda genişlənərək torlu qişanın normalvəziyyətinin bərpasına və yerində saxlanmasına kömək edir. Qeydedək ki, stasionar xidmət zamanı dərman və tibbi sərfiyyat daicbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Vitrektomiyasonrası pasiyentlər qısa müddət ərzində normal həyat tərzinə qayıdabilirlər.

İcbari tibbi sığorta hesabına vitrektomiya əməliyyatı tibbigöstəriş və həkim təyinatı əsasında İcbari Tibbi Sığorta üzrəDövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl vəmüvafiq dövlət orqanlarının tabeliyindəki) göndərişlə icraolunur.

Müvafiq tibbi xidmətin göstərildiyi tibb müəssisələrininsiyahısı ilə "Tibbmüəssisələrinin axtarışı" funksiyasından istifadə etməklə tanışola bilərsiniz.

Chosen
8
4
az.trend.az

5Sources