EN

İşlənmiş avtomobil aldıqdan sonra bu 12 detal yoxlanmalıdır

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

İşlənmiş texnika hər zaman sürprizlərlə doludur. İkinci əl avtomobilin yaxşı çıxması həm də bir qədər şans məsələsidir. 

Avtosfer.az rusiyalı ekspertlərə istinadla xəbər verir ki, işlənmiş avtomobil alan şəxs mütləq aşağıda qeyd edilən 12 detal və sistemi yoxlatdırmalıdır.

Bu, gələcəkdə daha çox xərcdən qurtulmağa imkan verir. Peşəkar yoxlama asqı sistemi, sükan mexanizmi və digər qovşaqlarda nasazlıqları tapmağa imkan verir. İlk növbədə elektronika yoxlanmalıdır. Bu zaman təkcə mühərrik deyil, tormoz sisteminin də elektronikası nəzərdən keçirilməlidir.

İkinci vacib məsələ bütün istismar mayelərinin dəyişdirilməsidir. Çox vaxt satıcılar “yağ təzə dəyişib, azı 5000 km sür” desələr də, buna inanmaq olmaz. Yağdəyişmə həm də mühərrikin vəziyyətinin göstəricisidir: yağın içində metal yonqarı varsa bu aşınmadan xəbər verir. Tutqun antifriz isə soyutma sistemindəki naszlığın xəbərçisidir. 

Üçüncü məsələ bütün filtrlərin (yağ, yanacaq, salon, hava) dəyişdirilməsidir.

Dördüncü məsələ tormoz sisteminin yoxlanması, lazım gəldikdə əyləc qəlibləri də disklərinin dəyişdirilməsidir.

Beşinci məsələ soyutma sisteminin, altıncı məsələ isə akkumulyatorun yoxlanmasıdır.

Yeddinci yerdə şamların, səkkizinci yerdə isə qazpaylama mexanizminin yoxlanması gəlir. Qazpaylama qayışının təzələnməsi tövsiyə olunur.

Doqquzuncu məsələ sükan mexanizmi və hərəkət hissələrinin nəzərdən keçirilməsidir. Asqıya xüsusi diqqət yetirilməlidir.

Onuncu iş kondisionerin yoxlanmasıdır.

On birinci yerdə elektrik avadanlığı və işıqlandımanın yoxlanması dayanır.

Sonuncu məsələ təkər və disklərə baxış keçirilməsidir.

Göründüyü kimi, işlənmiş avtomobil alan şəxs maşına ciddi baxış keçirməli, istismara tam yararlı vəziyyətə gətirməlidir. Bu da müəyyən vaxt və xərc tələb edir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
avtosfer.az

1Sources