EN

Kamaləddin Qafarov: “Antiterror əməliyyatı dövlət suverenliyinin bərpasının yeganə yolu idi”

“2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatla İkinci Qarabağ müharibəsi başa çatdı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olundu. Lakin razılaşmaya baxmayaraq, bölgədə gərginlik tam aradan qalxmadı. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Qarabağda qanunsuz şəkildə mövcudluğunu davam etdirdi. 2020-ci ildən sonra bu silahlı birləşmələrin sayı 10 min nəfəri keçmişdi ki, bu da birbaşa üçtərəfli Bəyanatın pozulması demək idi.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili 2021-ci ildən etibarən erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə terror aktlarının həyata keçirildiyini qeyd edib: “Ermənistanda istehsal edilmiş yeni tipli minalar Azərbaycanın mülki və hərbi personalına qarşı istifadə olunurdu. Bu, bir daha sübut edirdi ki, Ermənistan və onun dəstəklədiyi separatçı rejim bölgədə sülh və sabitlik istəmir. Bu vəziyyət 2023-cü ilin 19 sentyabrında pik həddə çatdı. Qarabağda yerləşən erməni silahlı dəstələri genişmiqyaslı təxribatlara və terror hücumlarına əl atdılar. Azərbaycan Silahlı Qüvvələri məhz bu təxribatlara cavab olaraq Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən bölgədə lokal xarakterli antiterror əməliyyatına başladı. Əməliyyatın məqsədi həm təhlükəsizliyə qarşı olan təhdidləri aradan qaldırmaq, həm də Azərbaycanın Konstitusiya quruluşunu tam bərpa etmək idi.”

Chosen
26
16
demokrat.az

10Sources