EN

ABŞ, Çin və Türkiyə Cənubi Qafqazda nüfuz uğrunda yarışır, Rusiya isə zəifləyib

Regionda baş verən hadisələr ABŞ rəhbərliyinin diqqət mərkəzindədir.

Politoloq Sabir Məmmədli News365.az-a açıqlamasında bildirib ki, xüsusilə Donald Tramp dövründə ABŞ praktiki addımlar ataraq Cənubi Qafqaz məsələsinə daha ciddi yanaşıb.

Onun sözlərinə görə, regiona yalnız ABŞ deyil, Çin də böyük maraq göstərir və bu ölkə Gürcüstan və İran da daxil olmaqla, ərazilərə ciddi investisiyalar yatırır:

“Çin bu regionda iqtisadi nüfuzunu artırmağa çalışır. Türkiyənin isə Cənubi Qafqazda həyati əhəmiyyətli maraqları var. Ankara Türk dünyasına qapı açmaq niyyətindədir”.

Politoloq qeyd edib ki, Rusiya bu ərazilərdə təsirini saxlamağa çalışsa da, son hadisələr Moskvanın zəiflədiyini göstərir.
Məmmədlinin fikrincə, ABŞ həmçinin İsrail amilini nəzərə alaraq Türk dünyası ilə İsrail arasında əlaqələrin güclənməsində maraqlıdır:

“Bu faktor ABŞ-ın Zəngəzur dəhlizi məsələsinə xüsusi diqqət yetirməsinə səbəb olur”.

Politoloq əlavə edib ki, Vaşinqton hər zaman kommunikasiya xətlərinə – istər neft boru kəmərləri, istərsə də Zəngəzur dəhlizi kimi layihələrə nəzarət etmək istəyib:

“ABŞ bu tip strateji dəhlizləri öz təsir dairəsində saxlamağa çalışır. Bu, onun qlobal siyasətinin əsas istiqamətlərindən biridir”.

Chosen
41
news365.az

1Sources