EN

Cəlalabadın adı dəyişdirildi

Qırğızıstan Prezidenti Sadır Japarov Cəlalabad şəhərinin adının Manas olaraq dəyişdirilməsi barədə qanunu imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qanun layihəsi 10 sentyabrda Joqorku Keneş (parlament) tərəfindən qəbul olunub və rəsmi dərcindən 10 gün sonra qüvvəyə minəcək.

Məlumata görə, dəyişiklik milli ideologiyanın möhkəmləndirilməsi və xalqın müstəqillik uğrunda mübarizəsini simvolizə edən, əfsanəvi qəhrəman Manasın xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Təklif Cəlalabad şəhər meriyası və deputatları tərəfindən irəli sürülüb.

Şəhərin adının dəyişdirilməsi dövlət qurumları və özəl təşkilatlarda sənədlərin, möhürlərin və lövhələrin yenilənməsini tələb edəcək. Meriyanın ilkin hesablamalarına görə, bu prosesin xərci azı 15 milyon som (təxminən 171,5 min dollar) təşkil edəcək.

Qeyd edək ki, Cəlalabad XIX əsrin sonunda Fərqanə vadisində kiçik yaşayış məntəqəsi kimi yaranıb, 1870–1936-cı illərdə Cəlalabad adlanıb. Rəsmi olaraq şəhər statusunu 1877-ci ilin oktyabrında alıb. Hazırda Cəlalabad Qırğızıstanın üçüncü ən böyük şəhəri hesab olunur.

Burada 184 mindən çox əhali yaşayır.

Manas qırğızların əsas dastanı sayılan eposun mərkəzi obrazıdır. 500 mindən çox misradan ibarət bu dastan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Bizim.Media

Chosen
19
bizim.media

1Sources