Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR neft şirkətinə məxsus avtomobilə silahlı hücum edilib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.
Silahlı insident hakim "Gürcü Arzusu" partiyasının ofisinin yaxınlığında baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə ilə bağlı bir nəfər həbs edilib.
Ağarza Elçinoğlu