EN

EBRD Azərbaycanda cari layihələr portfelini yeniləyib

Bu il avqustun 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfelinin dəyəri 954 milyon avro təşkil edib. 

FED.az xəbər verir ki, bunun 38 %-i özəl sektorun payına düşür.

Hazırda 35 layihə aktivdir.

İyulun 31-i ilə müqayisədə portfelin dəyəri 1,75 % və yaxud 17 milyon avro azalıb.

EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi – 89 %-i  və yaxud 848 milyon avrosu davamlı infrastrukturun inkişafına, 6 %-i və yaxud 57 milyon avrosu maliyyə institutlarına, 5 %-i və yaxud 49 milyon avrosu isə korporativ sektora yönəldilib.

Ümumilikdə EBRD Azərbaycanda 200 layihənin həyata keçirilməsinə 3,673 milyard avro investisiya yatırıb.

Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri avqustun 31-nə 697 milyon avro təşkil edib. Bu, iyulun 31-i ilə müqayisədə 1,8 % və yaxud 13 milyon avro azdır.

Ötən il EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,6 % və yaxud 43 milyon avro çoxdur. (report)

Chosen
48
2
fed.az

3Sources