EN

BMT-nin hakimlər və vəkillər üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

11-17 oktyabr tarixlərində Bakı şəhəri Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) 67-ci Baş Assambleyasına ev sahibliyi edəcək. Tədbirə 71 ölkədən 300-ə yaxın hakim, beynəlxalq təşkilat nümayəndələri və hüquqşünaslar qatılacaq.

Azərbaycan Hakimlər İttifaqından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, tədbirlə əlaqədar BMT-nin hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi nümayəndəsi Margaret Satterhwaite də Bakıya səfər edəcək. Onun iştirakı məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər mövzusunda keçiriləcək beynəlxalq konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolunun müzakirəsinə xüsusi önəm verəcək.

Xatırladaq ki, Azərbaycan Hakimlər İttifaqının 2009-cu ildən üzv olduğu Beynəlxalq Hakimlər Assosiasiyası insan hüquqları və məhkəmə müstəqilliyinin qorunması istiqamətində önəmli addımlar atır. 2025-ci ildə Bakıda keçiriləcək Baş Assambleya çərçivəsində həmçinin qurumun idarəetmə orqanlarına seçkilər aparılacaq və növbəti prezident müəyyən ediləcək.

Chosen
20
20
operativmm.az

10Sources