EN

Səudiyyə Ərəbistanı və Pakistan Birgə Strateji Müdafiə Sazişi imzalayıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Pakistanın baş naziri Şahbaz Şərif Birgə Strateji Müdafiə Sazişi imzalayıblar. Xəbəri “Anadolu” verib. 

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, ölkədə səfərdə olan Şahbaz Şərif paytaxt Ər-Riyaddakı Yamama sarayında bin Salmanla görüşüb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən rəsmi danışıqlarda iki ölkə arasında tarixi və strateji əlaqələr, eləcə də bir sıra birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Danışıqlardan sonra ibn Salman və Şərif iki ölkənin təhlükəsizliyinin gücləndirilməsi, regionda və dünyada təhlükəsizlik və sülhün təmin edilməsi istiqamətində səylər çərçivəsində “Birgə Strateji Müdafiə Sazişi”ni imzalayıblar. Sənəd iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək və istənilən hücuma qarşı birgə çəkindirməni gücləndirmək məqsədi daşıyır. Razılaşmaya əsasən, tərəflərdən birinə hər hansı hücum hər iki ölkəyə hücum kimi qiymətləndiriləcək.

Görüşdə son regional hadisələrin də müzakirə edildiyini bildirib.

P.Əmircanov
XQ

Chosen
27
2
xalqqazeti.az

10Sources