EN

ABŞ-dən Azərbaycana pul köçürmələri 70%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-dən fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci yarısında Azərbaycana 52 milyon 76 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 70,6% (21 milyon 550 min dollar) çoxdur. Ötən ilin yanvar-iyun aylarında bu məbləğ 30 milyon 526 min dollara bərabər olub. 

Qeyd edək ki, birinci yarımildə ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2024-cü ilin yanvar-iyun aylarındakı 5,4%-dən 9,8%-ə yüksəlib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
17
banco.az

1Sources