EN

ADB Azərbaycana və region ölkələrinə 2,19 milyon dollar texniki yardım ayırıb

Asiya İnkişaf Bankı (ADB) "Özəl sektor əməliyyatlarında inkişafa təsirin dərinləşdirilməsi" layihəsi çərçivəsində 2,19 milyon ABŞ dolları məbləğində texniki yardımın ayrılmasını təsdiqləyib. Metbuat.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı (ADB) məlumat yayıb.
Bildirilib ki, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da daxil olmaqla 42 ölkəni əhatə edir. Maliyyələşdirmə Xüsusi Texniki Yardım Fondu vasitəsilə təmin ediləcək. Bu texniki yardım ADB-in bütün inkişaf etməkdə olan üzv ölkələrində özəl sektor əməliyyatlarında layihələrin keyfiyyətinin artırılmasına yönəldiləcək:"2030 Strategiyası çərçivəsində, regionumuzun qarşılaşdığı cari çağırışları nəzərə alaraq, ADB-nin üzv ölkələrə ərzaq təhlükəsizliyi problemlərinin həllində, rəqəmsal fərqin aradan qaldırılmasında, dayanıqlı enerji sistemlərinin inkişafında və iqlim dəyişikliyinə qarşı dayanıqlılığın gücləndirilməsində dəstək verməsinə təcili ehtiyac var. Bütün bu istiqamətlərdə daha cəsarətli, sürətli və sıx əməkdaşlıq içində hərəkət etmək lazımdır”.Texniki yardım özəl sektorun inkişafını, regional əməkdaşlığı, rəqəmsal transformasiyanı, dayanıqlılığı və imkanların genişləndirilməsini təşviq etmək üçün maliyyə həlləri, bilik və tərəfdaşlıqların təmin edilməsinin yaxşılaşdırılmasına yönəlib. Texniki yardımın ümumi nəticəsi özəl sektor əməliyyatlarının inkişafa təsirinin artırılmasıdır. Bu nəticəyə nail olmaq üçün bir sıra komponentlər nəzərdə tutulub.Buraya özəl sektora yüksək səmərəli investisiyaları stimullaşdırmağa yönəlmiş layihə portfelinin daha effektiv şəkildə formalaşdırılması və layihələrin işlənib hazırlanması, özəl sektor layihələrinin icrasının yaxşılaşdırılması, həmçinin özəl sektor vasitəsilə inkişafa təsirin qiymətləndirilməsi və bilik mübadiləsinin genişləndirilməsi daxildir.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür.

Chosen
26
3
metbuat.az

4Sources