TOVUZ, 18 sentyabr. TELEQRAF
Tovuz rayonunda 17 yaşlı şəxsin meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Qalaboyun kənd sakini 2008-ci il təvəllüdlü İsmət Nağıyevin yaşadığı evin həyətində meyiti tapılıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.