EN

“Qvardiola mənə futboldan istədiyim hər şeyi verdi” - İlkay Gündoğan

“Qalatasaray”ın yeni yarımmüdafiəçisi İlkay Gündoğan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssis olmadan, uzun karyerası ərzində əldə etdiyi nailiyyətlərə nail ola bilməyəcəyini bildirib:

“Qvardiola mənə futboldan istədiyim hər şeyi verdi. Onun rəhbərliyi altında oynayaraq çox şey öyrəndim.

Bu, heyrətamiz idi. Deyərdim ki, aramızda məşqçi-oyunçu münasibətindən daha çox şey var idi”.

Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 6 İngiltərə çempionluğu, Çempionlar Liqası və bir çox digər titullar qazanıb.

Gündoğan uzun müddət “şəhərlilər”in heyətində çıxış edib.

Chosen
22
sportinfo.az

1Sources