EN

Su Təchizatında Anlaşılmazlıq: Vətəndaşları aldatmağa çalışırlar - Fotofakt » AzadMedia.az



Böyük şəhərlərdə su təchizatı məsələləri həmişə xüsusi həssaslıq tələb edir. Çünki hər hansı gecikmə və ya xəbərdarlıq edilmədən tətbiq olunan su kəsintisi minlərlə insanın gündəlik həyatına ciddi təsir göstərə bilər. Təəssüf ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin son addımı bu həqiqəti bir daha təsdiqlədi.

Belə ki, qurum əvvəlcədən paylaşmalı olduğu məlumatı vaxtında ictimaiyyətə çatdırmayıb. Yalnız səhər saatlarında yadlarına düşüb ki, Nərimanov rayonunda artıq su kəsilib və əhali xəbərdar edilməyib. Bundan sonra isə vəziyyəti "düzəltmək" üçün maraqlı bir üsula əl atıblar – gecikmiş elanı paylaşaraq, vaxtını ötən günə geri çəkiblər. Daha sonra isə “düzəliş” edərək, guya xəbərdarlığın səhər saatlarında edildiyini göstəriblər.

Bütün bunlar su təchizatının idarə olunmasında şəffaflığın və məsuliyyətin nə qədər vacib olduğunu bir daha gündəmə gətirir. İnsanların həyatına birbaşa təsir edən məsələlərdə bu cür qeyri-ciddilik və saxtalaşdırmaya yol verilməsi qəbulolunmazdır.

Şübhəsiz ki, su kəsintisi texniki səbəblərlə bağlı ola bilər. Lakin vətəndaşların vaxtında məlumatlandırılması əsas prinsiplərdən biri olmalıdır. Bu, həm qurumun nüfuzunu qoruyar, həm də insanların narazılığının qarşısını alar.

Ümid edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gələcəkdə bu kimi hallara son qoyacaq və ictimaiyyətlə ünsiyyətdə daha məsuliyyətli davranacaq.

Chosen
22
1
azadmedia.az

2Sources