EN

Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var - YENİLƏNİB - FOTO

Gəncədə baş vermiş zancirvari qəzada xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanlar 1998-ci il təvəllüdlü P. Verdiyev, 1993-cü il təvəllüdlü M. Abdullayeva, 1976-cı il təvəllüdlü R. Yusifov və daha bir nəfərdir.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Belə ki hərəkətdə olan “Ford Tranzit “ markalı yük avtomobili ilə “BMW” və “BYD” markalı minik avtomobilləri toqquşub.

Məlumata görə qəzaya səbəb “Mercedes” markalı minik avtomobili olub. Qəzadan sonra həmin avtomobil hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, 17.09.2025-ci il tarixində saat 23:40 radələrində 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir, onların vəziyyətləri orta ağırdır.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən digər pasiyent (qadın cinsli) isə ambulator müalicə üçün evə buraxılıb.

***

00:15

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 3 avtomobil toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə
Chosen
16
1
apa.az

10Sources