Beyləqanda polis əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiyasını təşkil edən əvvəllər məhkum olunmuş Abbas Məmmədov və tanışı Daşqın Qədirovu saxlayıblar.
Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, onların rayon ərazisində yerləşən meşə massivində 67 ədəd çətənə bitkisi yetişdirdikləri məlum olub.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.