EN

Rusiya məhkəməsi azərbaycanlı iş adamını cinayətdə təqsirli bilib?

Sverdlovsk vilayət məhkəməsi 2000-ci ildə biznesmen Aleksey Zubakini öldürməkdə təqsirləndirilən azərbaycanlı iş adamı Nəsimi Məmmədov barəsində çıxarılan bəraət hökmünü növbəti dəfə ləğv edib. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Olesya Bortnikova məlumat yayıb. 

Məlumata görə, məhkəmə Məmmədovu “Atomrudmet”in sahibi Aleksey Zubakinin qətlində təqsirli bilib. 

Belə ki, qətl 2000-ci il dekabrın 21-də Aleksey Zubakin evinin qarşısında baş verib. Bu zaman onun yanında biznes ortağı Dmitri Deyçi də olub. Naməlum şəxs iki tapança ilə iş adamını güllələyib. 

Biznesmen 2 gün sonra xəstəxanada dünyasını dəyişib. Deyç cinayət işində şahid qismində dinlənilib. Məlumata görə, o təkcə Zubakinin ortağı deyilmiş, həm də onlar ailəvi dost olublar. Alekseyin ölümündən sonra Deyç biznesin yeganə sahibi olub. 2022-ci ilin martında təhlükəsizlik qüvvələri mütəşəkkil cinayətkar qruplaşmanın keçmiş lideri Mixail Kloku, Dmitri Deyçi və Nəsimi Məmmədovu saxlayıb.

İstintaqa görə, Deyç  ortağının Mixail Klok tərəfindən öldürüldüyünü etiraf edib.  Mixail Klok isə qatilin onun keçmiş sürücüsü Nəsimi Məmmədov olduğunu bildirib.

Nəsimi Məmmədov cinayətdə iştirakını qəti şəkildə inkar edib. Məhkəmə Məmmədovun hər iki əli ilə atəş açmaq üçün lazımi bacarıqlara malik olmadığını iddia edib. Üstəlik, cinayət baş verən gün o, xəstəxanada olub. Bu, tibbi qeydlərlə təsdiqlənib. 

2023-cü ildə Deyç xəstəlikdən ölüb. Məhkəmə isə Məmmədovu təqsirsiz hesab edib. Prokurorluq hökmdən apellyasiya şikayəti verib, lakin məhkəmənin ikinci raundunda -  29 mart 2024-cü ildə Məmmədov yenidən təqsirli bilinməyib. İyunun 11-də yeni məhkəmə prosesi başa çatıb. 

Buna baxmayaraq, vilayət prokurorluğu hökmdən yenidən apellyasiya şikayəti verib. Sentyabrın 17-də Sverdlovsk vilayət məhkəməsi bəraət hökmünü qüvvədə saxlayıb. Klokun işi ayrıca icraata ayrılıb. 

Hakimlər Məmmədovu təqsirsiz hesab etsələr də, prokuror hökmü ləğv etməyə çalışıb və iş yenidən məhkəmə baxışına qaytarılıb.  

Gülayə Mecid 

Chosen
11
unikal.az

1Sources