EN

Azərbaycan OIC-CERT təşkilatının növbəti iclasında təmsil olunub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzlərinin (CERT) birliyi olan OIC-CERT təşkilatının İdarə Heyətinin Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş növbəti iclasında iştirak edib. SİA Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, İdarə Heyətinin iclasında təşkilatın 2025-ci il üzrə fəaliyyət planı çərçivəsində görülmüş işlər müzakirə olunub, həmçinin ölkəmizin (CERT.gov.az) inkişafına rəhbərlik etdiyi OIC-CERT-in 4-cü strateji istiqaməti - "Kibertəhlükəsizlik, innovasiya, elmi-tədqiqat, və texnologiya" sahəsində həyata keçirilən işlərin vəziyyəti barədə məlumat verilib.

Bununla yanaşı İdarə Heyəti XRİTDX-nin üzərində işlədiyi “İnformasiya təhlükəsizliyi mühitinin diaqnostikası” layihəsinin ilkin versiyası ilə tanış olub, hazırlanmış qiymətləndirmə metodologiyasının onlar üçün də maraqlı olduğu və üzv ölkələr arasında bölüşdürülməsinin faydalı olacağı qeyd edilib. İclas zamanı “Qlobal Kibertəhlükəsizlik Mükafatı” yarışmasına 2025-ci il üzrə təqdim edilmiş layihələrin qiymətləndirmə nəticələri açıqlanmış və Birləşmiş Ərəb Əmirliyinin Kibertəhlükəsizlik Konsulluğun layihəsi qalib elan olunub.

Qeyd edək ki, XRİTDX OIC-CERT təşkilatının idarə heyətində ölkəmizi artıq 9 ildir uğurla təmsil edir.

Chosen
11
6
sia.az

7Sources