EN

"BENFİKA"nı DA GƏTİRİN QOYAQ QƏNİMƏTLƏR PARKINA - Aqil ABBAS yazır

Bu ifadə mənim deyil. Dünən sosial şəbəkələrpartlayrıdı, hamı «Qarabağ»dan yazırdı. Hər kəs öz sevgisini özünəməxsus tərzdə ifadə edirdi.

««Benfika»nı da gətirin qoyaq Qənimətlər Parkına». Bir nəfər də belə yazmışdı. Çox gözəl idi. Xeyli güldüm. Hikmət Mirzəyevin Xüsusi təyinatlıları necə Qarabağda erməniləri tapdalayıb keçdisə, Qurban Qurbanovun da «xüsusi təyinatlıları», ayğır atları Lissabonda «Benfika»nı elə tapdalayıb keçdi.

Özü dətəkcə «Benfika»nı yox, stadiondakı 40-50 min azarkeşi də tapdayıb keçdi.

Azarkeş demişkən,biz Avropa komandalarından təkcə futbol oynamağı öyrənməli deyilik, həm də azarkeşliyi öyrənməliyik. Bütün matç boyu stadion xorla oxuyurdu, öz komandalarına dəstək verirdi. Və bütün stadion «Benfika»nın formasını geyinmişdi.

Görəsən, «Qarabağ»ın, «Neftçi»nin, «Sabah»ın, «Zirə»nin, «Turan»ın nə qədər yox ey, neçə azarkeşi futbola gələrkən öz sevimli komandalarının maykasını geyinir – 50, 100?

Xalqımız oxumağı sevən xalqdı, amma bir dəfə də stadionda xorla oxuyan görmədik.

Oyunu Qurban Qurbanovun təmkini və soyuqqanlığı apardı. Məmməd Arazın bir şeiri var:

Çox çaparaq atlını
Təmkin atımla keçdim.

İndi Qurban Qurbanov da çox çaparaqkomandaları özününtəmkin atıyla keçir. Futbolçularımız sonadək dör-dör döyüşdülər. Və sübut elədilər ki, məsələ pulda deyil, «Qarabağ»ın 24 milyondu büdcəsi, «Benfika»nın 300-400 milyon, məsələ ürəkdədi, qandadı, ruhdadı. Qurban Qurbanov futbolçularına bunu aşılaya bilib.

Mən həmişə «Qarabağ»ın oyununa xanımımla birgə baxıram. Qapımıza ilk top vurulandan sonra çönüb mənə baxdı və dedi:

- Narahat olma. Qurbanın at işləməz yolları var. Fasilədəfutbolçulara elə bir motivasiya verəcək ki, «Qarabağ» bu oyunda qalib gələcək.

Xanımımı da özüm kimi «Qarabağ»ın xəstəsietmişəm. Onun dediyi kimi də oldu.

Chosen
3
4
aznews.az

5Sources