EN

Payızın soyuğu sevgiyə də təsir edəcək - Bu bürclər tənhalıq yaşayacaq

Astroloqların proqnozlarına görə, bu payız bəzi bürclər üçün sevgi baxımından bir qədər çətin keçəcək.

Bakıvaxtı.az xəbər verir ki, onlar gözlədikləri romantikanı tapa bilməyəcək, münasibətlərində soyuqluq yaranacaq və ya sevgisiz qalacaqlar.

Qoç - Tələskən və səbirsiz davranışları səbəbindən partnyorları ilə anlaşmaqda çətinlik çəkəcəklər. Payızda onların münasibətləri sınanacaq.

Xərçəng - Hisslərinə çox qapılan Xərçənglər bu mövsümdə emosional boşluq yaşaya bilərlər. Gözlədikləri dəstəyi ala bilmədikləri üçün özlərini tənhalığa çəkəcəklər.

Tərəzi - Balans yaratmaqda adətən güclü olsalar da, bu payız münasibətlərində tərəddüdlər onları sevgidən uzaqlaşdıra bilər.

Oğlaq - İş və karyera qayğıları onların şəxsi həyatını ikinci plana atacaq. Nəticədə, sevgisiz payız keçirmək ehtimalları böyükdür.

Astroloqlar tövsiyə edir ki, bu bürclər payızın çətinliklərinə baxmayaraq özlərini dəyərli hiss etsin, sosial həyatdan uzaqlaşmasın və sevginin hər an gələ biləcəyini unutmasınlar./Milli.az

Chosen
29
6
bakivaxti.az

7Sources