EN

Ərdoğan Mahmud Abbası qəbul edəcək

Fələstin Prezidenti Mahmud Abbas sentyabrın 18-də Türkiyəyə rəsmi səfər edəcək.

“Anadolu” agentliyinin məlumatına görə , Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gündəmində Abbasın rəsmi qarşılanma mərasimi, danışıqlar və şam yeməyi var. 

Fələstin liderinin səfəri açıqlanmayıb.

Liderlərin Qəzza zolağındakı hazırkı vəziyyəti müzakirə edəcəkləri gözlənilir. Bundan əlavə, Abbasın özünün və nümayəndə heyəti üzvlərinin ABŞ-ın viza verməməsi səbəbindən iştirak edə bilməyəcəyi BMT Baş Assambleyasında Fələstinin maraqlarının təmsil olunması məsələsi də gündəmdə olacaq. 

P.Əmircanov
XQ

Chosen
26
1
xalqqazeti.az

2Sources