EN

Sumqayıt-Bakı ekspres qatarı ləğv edilib? - RƏSMİ CAVAB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün saat 08:30-da Sumqayıtdan Bakıya yola düşməli olan qatar reysi 10 dəqiqə əvvəlcədən ləğv edilib".
Bununla bağlı Oxu.Az-a sərnişinlərdən biri şikayət ünvanlayıb.
Sərnişinin sözlərinə görə, bu qərar onları çətin vəziyyətə salıb.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, pik saatlarda Sumqayıt stansiyasında müşahidə olunan sərnişin sıxlığını nəzərə alaraq, iş günləri Sumqayıtdan Bakıya saat 08:30-da yola düşən ekspres qatar reysinin əvəzinə saat 07:30-a yeni ekspres qatar reysi təyin edilib:
"Bu qərar 08:30 reysinin doluluq göstəricisinin aşağı olması və saat 07:00-08:00 aralığında sərnişin tələbatının yüksək olması ilə əlaqədardır.
Bununla əlaqədar Bakıdan Sumqayıta saat 06:58-də və Sumqayıtdan Bakıya saat 20:30-da yola düşən ekspres qatar reysləri ləğv edilib. Bundan əlavə, Bakı-Sabunçu-Bakı qatarının marşrutu Zabrat-2 stansiyasına qədər uzadılıb (saat 08:42-də Zabrat-2-dən Bakı Dəmiryol Vağzalına və saat 08:10-da Bakı Dəmiryol Vağzalından Zabrat-2 stansiyasına).
Bu dəyişikliklər 17 sentyabr saat 18:00-dan etibarən stansiyalarda və qatarlarda elan olunub. Dünən saat 21:00-dan etibarən isə mobil tətbiq və rəsmi saytda hərəkət cədvəlində də əks olunub".
Məhərrəm Əliyev
Chosen
17
7
oxu.az

9Sources