EN

Rusiya və Belarusun hərbi təlimləri başa çatıb

Rusiya və Belarus Silahlı Qüvvələrinin “Zapad-2025” strateji təlimi başa çatıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda “Zapad-2025” birgə strateji təlimində iştirak edən Rusiya Silahlı Qüvvələrinin bölmələri və koalisiya qüvvələri qrupu daimi dislokasiya məntəqələrinə qayıtmağa başlayıb”, - deyə məlumatda bildirilir.

Birgə strateji təlim sentyabrın 12-də başlayıb. Sentyabrın 15-də Belarus Müdafiə Nazirliyi bildirib ki, “Zapad-2025” təlimlərini NATO-nun üç üzvü – ABŞ, Türkiyə və Macarıstan da daxil olmaqla 23 ölkənin nümayəndələri müşahidə ediblər.

Sentyabrın 16-da Rusiya prezidenti Vladimir Putinin Rusiya Federasiyası ilə Belarus arasında keçirilən hərbi təlimlər zamanı Nijni Novqorod vilayətindəki Mulino poliqonunda görünməsinin videosu yayılıb.

Əziz Mustafa

Chosen
9
oxumeni.az

1Sources