EN

"Onu tankın qabağına atmaq istəyirlər, üzərindən oyun qurmaq istəyənlər var" - VİDEO

"Ayxan Abbasovun üzərindən oyun qurmaq istəyənlər var".

Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində maraqlı təklif irəli sürüb. Tanınmış teleşərhçi bildirib ki, AFFA millini mütləq yerli mütəxəssisə tapşırmalı, seçim zamanı diqqətli olmalıdır.

Abbasov qeyd edib ki, federasiya öz məşqçilərimizə hörmətlə yanaşmalı, yığmanın sükanı arxasına gətirəcəyi şəxslə 2+1 illik müqavilə imzalamalıdır.

Çünki komandanı qarşıda dünya çempionatının seçmə mərhələsi çərçivəsində bir-birindən çətin 4 oyun gözləyir və ondan sonra Millətlər Liqasına hazırlaşmaq lazım gələcək.

Ekspert söyləyib ki, yığmanı növbəti oyunlara çıxaracaq çalışdırıcıya növbəti turnirdə də şans tanımaq gərəkdir.

Ayxan Abbasovun Ukrayna ilə matçda milliyə 1 xal qazanmasını vurğulayan Emin bəy Fransanı tanka bənzədib və onu meydanda tək buraxmağın doğru olmayacağını diqqətə çatdırıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
16
sportinfo.az

1Sources