EN

Yevlax şəhərində yeni yeraltı piyada keçidinin inşası yekunlaşmaq üzrədir (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi magistral avtomobilyolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinintikintisi yekunlaşmaq üzrədir.

Trend xəbər verir ki, bu barədə AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, keçidin eni 5 metr, hündürlüyü 3,2 metr, ümumiuzunluğu isə 47 metr təşkil edir. Bu uzunluğun 37 metri qapalışəkildə layihələndirilib.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq,əvvəlcədən təsdiq olunmuş iş qrafikinə əsasən aparılır. Layihəninvaxtında və keyfiyyətlə başa çatdırılması məqsədilə əraziyə kifayətqədər texnika və canlı qüvvə cəlb edilib.

Yeraltı piyada keçidinin inşası, vətəndaşların magistralavtomobil yolunu daha rahat və təhlükəsiz şəkildə keçməsini təminedəcək.

Yevlax
Yevlax
Yevlax
Yevlax
Chosen
24
7
az.trend.az

10Sources