EN

Azərbaycanda bankların şübhəli hesab etdiyi maliyyə əməliyyatlarının sayı kəskin azalıb

2024-cü ildə Azərbaycan bankları şübhəli hesab etdikləri 658 əməliyyatla bağlı Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabat təqdim edib.

Bu barədə MMX  xəbər verir.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə azdır.

Ötən il investisiya şirkətləri isə şübhəli hesab etdikləri 26 əməliyyat (2023-cü ilə nisbətən 73,3 % çox) barədə MMX-nı məlumatlandırıb.

Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Chosen
25
3
banco.az

4Sources