EN

Pakistan və Səudiyyə Ərəbistanı arasında strateji müdafiə paktı imzalanıb


Pakistan və Səudiyyə Ərəbistanı arasında mühüm yaxınlaşma prosesi başlayıb. Belə ki, Pakistanın baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman hər iki ölkəyə hücum zamanı qarşılıqlı yardım üçün strateji müdafiə sazişi imzalayıblar.
Pakistan Baş nazirinin ofisi hər hansı bir ölkəyə qarşı təcavüzün hər iki ölkəyə qarşı təcavüz aktı kimi qiymətləndiriləcəyini nəzərdə tutan paktın imzalandığını elan edən bəyanat yayıb. Bundan əvvəl baş nazir və vəliəhd Ər-Riyadda Əl-Yəmamə kral iqamətgahında görüşüb, qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında danışıqlar aparıblar.

Mətləb

Chosen
22
2
baki-xeber.com

10Sources