EN

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 5 pillə irəliləyib

Banco.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin avqust ayında Azərbaycan mobil internetin sürətinə görə 103 ölkə arasında 76,61 MB/S sürətlə 51-ci yerdə qərarlaşıb. Azərbaycan iyun ayı ilə müqayisədə mövqeyində 5 pillə irəliləyib.

Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 154 ölkə arasında 76-cı yerdə qərarlaşıb. Burada isə Azərbaycan mövqeyində 5 pillə irəliyəyib.

Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 83,95 MB/S olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
1
banco.az

2Sources