Bakı, 18 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə AZƏRTAC-a FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.
11:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in İctimaiyyətlə əlaqə idarəsindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.