EN

Tayvan Barracuda-500 raketini təqdim etdi

Tayvan Amerika şirkəti ilə birgə hazırladığı ilk raket olan Barracuda-500 qanadlı raketini nümayiş etdirib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Raketi hazırlayan Zhongshan Elm və Texnologiya İnstitutunun (NCSIST) prezidenti Li Şijian bildirib ki, raket Amerikanın müdafiə texnologiyaları startapı Anduril Industries ilə birgə hazırlanıb.

Açıqlamada bildirilir ki, raket döyüş gəmilərinə qrup hücumları üçün nəzərdə tutulub və kamikadze dron prinsipi ilə işləyir.

NCSIST bildirdi ki, Tayvan adada Barracuda-500-ün kütləvi istehsalına başlamağı planlaşdırır, tam istehsal dövrünü təmin edir və hər birinin dəyərini 6,6 milyon Tayvan dollarına (220 min dollar) endirir.

Qeyd edək ki, mart ayında Tayvan Beynəlxalq Gəmiqayırma Korporasiyasının (CSBC) hərbi məqsədlər üçün ilk pilotsuz suüstü gəmisini hazırladığı bildirilib.

//Gülnarə Abasova, Editor.az

Chosen
37
editor.az

1Sources