Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün Qırğızıstana gedib. Bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.
Bu gün Bişkek şəhərində TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşü keçiriləcək.