EN

Kozakın istefası qəbul edildi

Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın istefası nəzərdən keçirilib və qəbul olunub.

Tribunainfo.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Məlumata görə, Kozakın son iş günü 19 sentyabr, cümə günü olacaq.

“İnterfaks”ın mənbələri Kozakın gələcək taleyi barədə ortaq fikrə malik deyillər. Onlardan biri əmindir ki, o, Şimal-Qərb Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsi təyin olunacaq. Digəri isə Kozakın sahibkarlıq fəaliyyətinə başlaya biləcəyini istisna etmir.

Chosen
28
3
tribunainfo.az

5Sources