EN

“Qəbələ”nin legioneri: “Komandaya kömək etməyə hazıram” (MÜSAHİBƏ)

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Qəbələ”nin futbolçusu İbrahim Sanqarenin “Futbolpress.az“a müsahibəsi:

– Bu mövsüm hələ qələbə qazana bilməmisiniz. Problem nədədir?

– Həlledici anlarda daha səmərəli və diqqətli olmalıyıq. İnanıram ki, tezlilə qələbə qazanacağıq.

– Son turda “Turan Tovuz”la oyunun ilk hissəsində yaxşı çıxış etdiniz, lakin fasilədən sonra durum dəyişdi və rəqib qələbə qazandı…

– Yaxşı imkanlarımız var idi. Şanslar yaratdıq, amma istifadə edə bilmədik. İkinci hissədə isə “Turan Tovuz” fərdi səhvdən hesabı açdı və bu qolla qələbə qazandı. Çox çalışsaq da, alınmadı. Daha soyuqqanlı və dəqiq olmalıyıq. Bizimçün qələbə qazanmaq çox vacibdir.

– Klubun yay transferlərindənsiniz. Bütün matçlarda sonradan oyuna daxil olmuşunuz. Startda oynamaq üçün hazır deyilsiniz?

– Əvvəl 100 faiz hazır deyildim. İndi isə özümü yaxşı hiss edirəm və komandaya kömək etməyə hazıram.

– Sizdən gözləntilər böyükdür, qarşılaya biləcəksiniz?

– Onu söz verə bilərəm ki, meydanda olduğum müddətdə maksimumu ortaya qoyacağam və forma üçün mübarizə aparacağam.

– Azərbaycan çempionatı ilə bağlı fikirləriniz nədir?

– İntensiv oyunlar olur və komandalar fiziki gücə üstünlük verir. Hər oyun çətin keçir. Açığı, belə olacağını gözləyirdim.

– Növbəti turda autsayder “Kəpəz”lə qarşılaşacaqsınız. Qələbə gələcək?

– Hər oyun çətindir. Liqada asan matç yoxdur. “Kəpəz”lə oyunda ilk qələbəmizi qazanmaq üçün hər şeyimizi ortaya qoyacağıq.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
futbolpress.az

1Sources