EN

Türkiyədə quru yük gəmisi saya oturub

İstanbul, 18 sentyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Kocaeli vilayətinin Kandıra rayonunda bir quru yük gəmisi saya oturub.

AZƏRTAC xəbər verir ki, Tanzaniya bayrağı altında üzən, 81 metr uzunluğundakı quru yük gəmisi hava şəraitinin əlverişsiz olması səbəbilə Qara dənizin Kocaelinin Kefken rayonu sularında saya oturduğu bildirilir.

Yeddi nəfərlik heyətlə sahildəki qayalıq əraziyə oturan gəminin suya çəkilməsi işləri davam edir.

Chosen
50
1
azertag.az

2Sources