EN

OPEC+ kvotanı dəyişə bilər

BAKI, 18 sentyabr. TELEQRAF

OPEC+ kvotanı artırarsa “Qazprom Neft” neft hasilatını yüksəltməyə qadirdir.

Teleqraf xəbər verir ki, bu barədə “Qazprom Neft”in rəhbəri Aleksandr Dyukov TNF-2025 Sənaye və Energetika Forumunda jurnalistlərə bildirib.

Dyukov həmçinin əlavə edib ki, şirkət 2025-ci ildə karbohidrogen hasilatını, eləcə də neft emalı zavodlarında həcmləri artırmağı planlaşdırır. Bu səbəbdən ilin sonunda hasilatda, eləcə də emalda artım gözlənilir.

Qeyd edək ki, hazırda Rusiyanın neft hasilatı OPEC+ sazişi ilə məhdudlaşdırılıb.

2024-cü ilin əvvəlindən 2025-ci ilin martına qədər Rusiyanın hasilat kvotası könüllü məhdudiyyətlər nəzərə alınmaqla gündə 8,978 milyon barrel təşkil edib.

2025-ci ilin aprelindən Rusiya alyansın planına uyğun olaraq aylıq hasilatını artırır.

Hasilatın 2026-cı ilin sentyabrına qədər tam bərpa edilməsi nəzərdə tutulsa da, təşkilatneft bazarındakı əlverişli vəziyyət fonunda hasilatı daha yüksək templə artırır.

Chosen
33
teleqraf.com

1Sources