EN

Zakir Həsənov 12-ci Pekin Syanşan Forumunun açılışında iştirak edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Çinin milli müdafiə naziri admiral Dong Junun dəvəti ilə 12-ci Syanşan Forumunda iştirak etmək üçün Pekində işgüzar səfərdədir. 

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, sentyabrın 18-də müdafiə naziri "Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi" şüarı ilə keçirilən 12-ci Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib. 

Forum çərçivəsində general-polkovnik Z.Həsənov çinli həmkarı admiral D.Jun və Mərkəzi Hərbi Şuranın Avadanlıqların İnkişafı Departamentinin direktoru general Xu Xueqiang ilə görüşüb.

Keçirilən görüşlər zamanı ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə keçirilən forum sentyabrın 19-dək davam edəcək.

Chosen
5
28
ikisahil.az

10Sources