EN

Zelenski Britaniya ilə 100 illik tərəfdaşlığı ratifikasiya edən qanunu imzalayıb

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya ilə təhlükəsizlik, müdafiə və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan “Yüzillik Tərəfdaşlıq Sazişi”ni ratifikasiya edən qanunu imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Ukrayna parlamenti – Ali Radanın rəsmi saytında yer alıb.

Sənəd iki ölkə arasında uzunmüddətli strateji əməkdaşlıq çərçivəsini müəyyən edir və təhlükəsizlik, müdafiə, iqtisadiyyat, elm, texnologiya və mədəniyyət sahələrini əhatə edir.

Sazişə əsasən, Böyük Britaniya Ukraynaya “lazım olduğu müddətcə” illik 3 milyard funt-sterlinq həcmində hərbi yardım göstərməyi öhdəsinə götürür. Bundan əlavə, Britaniya Ukraynanın enerji sektoru, əsas mineral ehtiyatlarının işlənməsi və yaşıl polad istehsalı sahələrində prioritet tərəfdaş statusu qazanıb.

Sənəddə həmçinin vətəndaşların gediş-gəlişinin mərhələli şəkildə asanlaşdırılması, miqrasiya sahəsində əməkdaşlıq, informasiya manipulyasiyasına qarşı mübarizə və mədəni mübadilənin inkişafı ilə bağlı müddəalar da yer alıb.

Chosen
7
1
operativmm.az

2Sources