EN

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

2025-2026-cı tədris ilində bir sıra ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılıb.

Bu barədə TƏHSİL.BİZ -ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, yeni təmayül tədris modelinin məqsədi X–XI sinif şagirdlərinə istədikləri istiqamətdə dərin öyrənmə imkanı yaratmaq, müəllimlərə təmayül siniflərində uyğun tədris şəraiti təmin etməkdir.  

Layihə ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Siyəzən, İmişli, Sabirabad, Beyləqan, Xaçmaz, Goranboy, Neftçala, Quba, Şəki və Lənkəran şəhərlərində seçilmiş ümumi təhsil müəssisələrində tətbiq edilir. Yeni tədris modelinə uyğun olaraq təmayül siniflərdə sertifikatlaşdırma imtahanında minimum 51 bal, müəllimlərin işə qəbulu imtahanı üzrə minimum 81 bal (sertifikatlaşdırmaya cəlb olunmamış müəllimlərə münasibətdə) toplamış və 3 ildən artıq pedaqoji təcrübəyə malik olan müəllimlər tədris prosesinə cəlb olunurlar.  

Qeyd edək ki, yeni tədris modelinin tətbiqi şagirdlərin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirməyə, eləcə də ümumi təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmağa xidmət edəcək.

Yeni təmayül tədris modelinin pilot qaydada tətbiq olunduğu məktəblər aşağıdakılardır:

Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta ümumtəhsil məktəbiBakı şəhəri Tofiq Məmmədov adına 239 nömrəli tam orta ümumtəhsil məktəbiİmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbiSabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbiBeyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli ümumi orta ümumtəhsil məktəbiXaçmaz şəhəri Abamüslüm Səlimov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbiSiyəzən şəhəri Rasim Ramazanov adına 5 nömrəli ümumi orta ümumtəhsil məktəbiGoranboy şəhəri 4 nömrəli tam orta məktəbGəncə şəhəri Məhəmməd Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbiNeftçala şəhəri humanitar fənlər təmayüllü "Muğan" liseyiQuba şəhəri Tələt Mikayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbiŞəki şəhəri 6 nömrəli tam orta ümumtəhsil məktəbiLənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbiSumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbi

Chosen
64
14
tehsil.biz

10Sources