EN

“Sony Pictures”dan kinematoqrafçılar üçün yeni fürsət

“Sony – Gələcəyin Kinematoqrafçısı Mükafatları” (Sony Future Filmmaker Awards) yaradıcı şəxslər və kinematoqrafçılar üçün unikal imkanlar təqdim edən mühüm bir proqramdır.

Kulis.az xəbər verir ki, qısa siyahıya düşənlər Kaliforniya, Kalver-Sitidə (Culver City) yerləşən Sony Pictures studiyasına dəvət olunurlar.

Onlar burada mükafatlandırma mərasiminə və xüsusi olaraq hazırlanmış sənaye üzrə təcrübə proqramında iştiraka dəvət edilirlər. Bu proqram çərçivəsində "Sony Pictures" rəhbərlərinin keçirdiyi eksklüziv seminarlar, ustad dərsləri, panel müzakirələri, studiya turları, film nümayişləri və sual-cavab sessiyaları təşkil olunur.

Mükafatlar 5 kateqoriyada – Bədii, qeyri – bədii, tələbə işi, animasiya və gələcəyin formatı (şaquli çəkilmiş işlər) verilir. Təqdim olunacaq filmlərin xronometrajı 5-20 dəqiqə aralığında olmalıdır.

Müraciət üçün son tarix 16 Dekabr 2025-ci ildir.

Chosen
14
3
kulis.az

4Sources