EN

310 kq-lıq kişinin meyitini evdən çıxara bilmədilər, xüsusi texnika çağırdılar - VİDEO

Türkiyənin Aydın vilayətində baş tutan qeyri-adi dəfn mərasimi hər kəsi təəccübləndirib.

Ölkə.Az xəbər verir ki, buna səbəb meyitin evdən xüsusi yülk lifti ilə çıxarılması olub.

Belə ki, rayonda 310 kq çəkidə olan 49 yaşlı Barış Yıldırım vəfat edib.

Mərhumun meyidini yaşayış binasının dar pilləkənlərindən endirmək mümkün olmayıb. Buna görə də ailəsi yük daşımaq üçün nəzərdə tutulan kran lift çağırıb.

Meyiti evdən çıxarmaq üçün balkondakı şüşə sədlər də sökülüb.

Qeyd edək ki, Barış Yıldırım bir neçə ay əvvəl mədəsindən əməliyyat olunub. Səhhəti get-gedə pisləşən kişi Nazilli şəhərindəki evində ürəktutmasından dünyasını dəyişib.

Billurə Yunus

Chosen
9
1
olke.az

2Sources