Beyləqanda yeni doğulan körpə ölüb.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sentyabrın 16-da rayonun 2-ci Şahsevən kənd sakini B.İbadullayev hüquq-mühafizə orqanlarına müraciət edərək sentyabrın 14-də yenidoğulmuş nəvəsinin rayon mərkəzi xəstəxanasında öldüyünü bildirib.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 14-ü, saat 06:00 radələrində 2000-ci il təvəllüdlü hamilə qadın dölün bətndaxili ölümü, inkişaf qüsuru diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“Hamiləliyinin 38-ci həftəsində olan pasiyent əməliyyata alınaraq, boyu 50 sm., çəkisi 3000 qram olan (qadın cinsli) ölü döl bətndən xaric edilib.
Meyit təşrih olunması üçün Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə təhvil verilib. Hadisə ilə əlaqəli Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır”.