EN

Fransada 18 Sentyabr tətili: Blokadalar davam edir, polis tərəfindən saxlanılanlar var

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Fransada hökumətin büdcə qənaət tədbirlərinə qarşı təşkil olunan genişmiqyaslı tətil və etiraz aksiyaları çərçivəsində blokadalar və həbslər baş verir. 600 mindən 900 minə qədər iştirakçının qatılacağı gözlənilən bu ümummilli hərəkata təhsil, səhiyyə və nəqliyyat sektoru da geniş şəkildə qoşulub.

AZƏRTAC yerli mediyaya istinadla xəbər verir ki, Marsel şəhərində səhər saat 08:15-ə olan məlumata görə, 22 nəfər saxlanılıb. Parisdə isə 7 nəfər hüquq-mühafizə orqanları tərəfindən nizamsız hərəkətlərə görə tutulub.

Saat 10:00-a olan vəziyyətə əsasən, jandarm xidmətləri 252 ayrı aksiya və bir neçə liseyin blokadasını qeydə alıb. Polis tərəfindən isə əlavə olaraq 25 aksiya və 42 blokada qeyd alınıb.

Fransa Daxili İşlər Nazirliyi misli görünməmiş bir təhlükəsizlik planı tətbiq edib. Ölkə üzrə 80 min polis və jandarm, 24 “Centaure” zirehli texnikası və 10 su şırnağı maşını səfərbər edilib. Nazirlik bu tədbirlərin 2019-cu ildəki “sarı jiletlilər” hərəkatından sonra ən irimiqyaslı tədbir olduğunu bildirib.

Paris polis prefekti Laurent Nunez nümayişlərdə radikal qrupların iştirak ehtimalından narahat olduğunu deyib. “La France Insoumise” lideri Jan-Lyuk Melanşon sosial şəbəkədə tərəfdarlarını ən yüksək intizama çağıraraq, qarışıqlığın qarşısını almaq zərurətini vurğulayıb.

Etirazlar fonunda bir çox məktəbdə dərslər təxirə salınıb.

Tətilin necə inkişaf edəcəyi və gün ərzində hadisələrin hansı istiqamətdə dəyişəcəyi hələlik naməlum olaraq qalır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
1
azertag.az

2Sources