EN

Ruslar Lenini belə diriltdilər FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyalı kinoaktyor Aleksandr Tkaçukun Lenin obrazı sosial mediada diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, “START” platforması məlumat yayıb.

Bildirilib ki, aktyor 16 hissədən ibarət “Rus inqilabının salnamələri” kinoromanında Lenini canlandırıb.

Rejissor Andrey Konçalovski bənzərliyə heyran qaldığını etiraf edib:

“Təbii ki, o, obraza görə müəyyən şeylər etməli idi. Amma mən onu görəndə təəccübləndim. Leninə çox oxşayırdı”.

Qeyd edək ki, “Rus İnqilabının Salnamələri” layihəsi oktyabrda “Rossiya” telekanalında yayımlanacaq.

Leyla Əlisoy

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
globalinfo.az

1Sources