EN

“Qarsın Qərbi Azərbaycan yaddaşı” sənədli filmi təqdim olunacaq

Kulis.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 20-də “Qarsın Qərbi Azərbaycan yaddaşı” sənədli filminin təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, sənədli film Türkiyənin Qars vilayətində çəkilib və 1915–1920-ci illərdə deportasiya dövründə Qərbi Azərbaycan türklərinin yaşadıqları tarixi faciələri işıqlandırıb.

Filmdə həmin dövrdə 500 mindən çox soydaşımızın məcburi şəkildə Türkiyə ərazisinə köçməsindən, onların əsasən Ərzurum, Muş və Qars vilayətlərinə pənah gətirməsindən bəhs olunub.Ekran işində Qarsın Altungedik kəndinin ən yaşlı sakini, İrəvanda doğulmuş 105 yaşlı Kudret Erolun həyat hekayəsi və valideynlərinin yaşadığı faciələr tamaşaçılara təqdim edilib.Həmçinin 1915–1920-ci illərdə ermənilər tərəfindən Qars və ətraf ərazilərdə törədilən cinayətlər, o cümlədən 1918-ci ildə Ulu Camidə yandırılan yüzlərlə qarslı barədə faktlar nümayiş olunub.

Qeyd edək ki, ekran işi Azərbaycan televiziyasının (AzTV) istehsalıdır..

Bakının işğaldan azad edilməsinə həsr olunan şeir

"Marvel" təsdiqlədi: İlk “X-Men” filmi çəkiləcək

Xalq rəssamı Əşrəf Heybətovun sərgisi açıldı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
kulis.az

1Sources