EN

AFFA onları cəzalandırdı

AFFA Azərbaycanın II Liqa təmsilçisi "Kür-Araz" 3 futbolçusunu və vitse-prezidentini 4 oyunluq cəzalandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

II turun "Göygöl" – "Kür-Araz" oyununun 62-ci dəqiqəsində qonaqların futbolçuları Elxan Məmmədov hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına, Elnur Məmmədovla Eltun Həsənli isə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə cəzalandırılıb. 

Həmçinin klubun vitse-prezidenti Kenan Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya edilib. Bununla yanaşı həm futbolçular həm də qurum rəsmisinin hərəkətlərinə görə klub ümumilikdə 4000 manat cərimələnib.

İntizam Komitəsi sözügedən görüş bitdikdən sonra azarkeşləri meydana daxil olduğuna görə "Göygöl" komandasını da 250 manat cərimələyib.

Chosen
30
3
ikisahil.az

4Sources