EN

Türkiyə MN: Azərbaycan ilə birlik və həmrəyliyimiz daim davam edəcək

BAKI, 18 sentyabr. TELEQRAF

Azərbaycanlı qardaşlarımızın "20 Sentyabr Suverenlik Günü" mübarək olsun.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri beynəlxalq missiyalar və ikitərəfli münasibətlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə regional və qlobal təhlükəsizlik və sabitliyə mühüm töhfələr verməkdə davam edir.

"Bu münasibətlə Azərbaycan türkü qardaşlarımızın 20 Sentyabr Suverenlik Gününü ürəkdən təbrik edir, "iki dövlət, bir millət" anlayışı ilə birlik və həmrəyliyimizin daim davam edəcəyini bir daha vurğulayırıq".

Chosen
15
2
teleqraf.com

3Sources