EN

Prezident: Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanlar var

Azərbaycan regionda sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 18-də Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edərkən deyib.

Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycanın intensiv işlər gördüyünü qeyd edib. Bu xüsusda Zəngilana gedən avtomobil və dəmir yolu xətlərinin əhəmiyyətini vurğulayıb.

Chosen
36
10
operativmm.az

10Sources