EN

Urmiya gölünün quruması böhranıdərinləşir

Urmiya gölü İran üçün ictimai, siyasi və iqtisadi böhrana çevrilib.

Redaktor.az İran mediasına istinadən xəbər verir ki, bunu parlamentdə Qərbi Azərbaycan nümayəndə heyətinin sədri, deputat Hakim Məmekan deyib.

“Urmiya gölü böhranına laqeydlik ətraf vilayətlər, hətta bütün ölkə üçün sağalmaz nəticələrə gətirib çıxara bilər. Urmiya gölünün quruması sadəcə bir ekoloji məsələ deyil. Bu məsələ ictimai, siyasi və iqtisadi təhdidə çevrilib. Gələcəkdə gölün ətrafındakı vilayətlərdə xəstəliklərin artmasının şahidi olacağıq. Eləcə də, iqlim və kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəyəcək”, - deputat vurğulayıb.

 

Chosen
7
10
redaktor.az

10Sources